Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Zığ dairəsinin yaxınlığında yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq 16 dekabr saat 22:00-dan etibarən səhər saatlarınadək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
“Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur”, - məlumatda deyilir.  
Gundelik-Baku.Org