Bizi üç ecazkar səma hadisəsi gözləyir: Günəş, Ay və Mars...

Bizi üç ecazkar səma hadisəsi gözləyir: Günəş, Ay və Mars...
Dekabrın 8-də səhər saatlarında birdən-birə üç astronomik hadisə baş verəcək – bədirlənmiş Ay, Mars qarşıdurması və bədirlənmiş Ay tərəfindən Marsın tutulması. 
Bu barədə Moskva Planetariumunun mətbuat xidmətindən xəbər verilib.
Maraqlıdır ki, hər üç hadisə səhər saatlarında, demək olar ki, eyni vaxtda (Bakı vaxtı ilə 8:00-dən 9:00-a qədər) baş verəcək.
Marsın Ay tərəfindən bu şəkildə tutulmasının unikallığı ondan ibarətdir ki, bu, “qırmızı” planetin tam olaraq qarşıdurma anına təsadüf edir. Ay bədirlənmiş (tam) olacaq və Marsın görünən ölçüsü və parlaqlığı iki illik müddət ərzində maksimuma çatacaq ki, bu da müşahidələr üçün şəraiti mümkün qədər əlverişli edəcək.
BƏDİRLƏNMİŞ AY
Bakı vaxtı ilə saat 8:10-da Ay tam fazaya daxil olacaq.
MARS QARŞIDURMASI
Bakı vaxtı ilə saat 8:35-də Yerdən 82,2 milyon km uzaqlıqda olan Mars Günəşlə qarşıdurma nöqtəsində olacaq.
Astronomlar Yer və Mars arasındakı yaxın qarşılaşmaları qarşıdurma adlandırırlar. Qarşıdurma anında üç səma cismi - Günəş, Yer və Mars tam olaraq eyni xətt üzərində yerləşir: Yer ortada, Mars isə Günəşə qarşı.
Bakı vaxtı ilə saat 9:35-də Yerdən 82,2 milyon km uzaqlıqda olan Mars Günəşə əks nöqtədə olacaq.
Mars qarşıdurmaları təxminən iki ildən bir baş verir (orta hesabla 780 sutka). Mars planetimizə maksimum yaxından - 60 milyon km-dən az məsafədə olarsa, o zaman bu, böyük qarşıdurma adlanır (hər 15-17 ildən bir baş verir). Bir çox kəşflər məhz “qırmızı” planetin böyük qarşıdurma anlarında edilib.
Gundelik-Baku.Org