Azad olunmuş ərazilərdə daha 4 mina aşkarlandı

Azad olunmuş ərazilərdə daha 4 mina aşkarlandı
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 52 partlamamış hərbi sursat aşkarlayıb.
ANAMA-dan verilən məlumata görə, noyabrın 28-dən dekabrın 2-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4 mina və 52 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 117 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Gundelik-Baku.Org