Ceyhun Bayramov latviyalı həmkarını diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib

Ceyhun Bayramov latviyalı həmkarını diplomatik münasibətlərin 30 illiyi ilə bağlı təbrik edib
Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov latviyalı həmkarı Krişyanis Karinşa (Krisjanis Karins) təbrik məktubu ünvanlayıb.

Latviyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviya xarici işlər nazirin müavini, siyasi direktor Andjey Vilyamsons (Andzejs Vilumsons) ilə görüşərək məktubu təqdim edib.

Görüş çərçivəsində tərəflər ikitərəfli münasibətləri yüksək qiymətləndirib və Latviya ilə Azərbaycan arasında 2017-ci ildə başlanmış Strateji Tərəfdaşlıq sayəsində müntəzəm siyasi dialoqun davam etdirildiyini, o cümlədən həm iqtisadiyyatda, həm də digər sahələrdə dinamik əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıblar.

Xatırladaq ki, Latviya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
Gundelik-Baku.Org