Emil Rəhmanın qızının məktubu hər kəsi ağlatdı - FOTO

Emil Rəhmanın qızının məktubu hər kəsi ağlatdı - FOTO
Əməkdar artist Rəhman Rəhmanın gəlini, mərhum müğənni Emil Rəhmanın həyat yoldaşı Sabrina Həmzəyeva paylaşımı ilə izləyicilərini kədərləndirib.
Publika.az xəbər verir ki, o, qızı Zəhranın atasına yazdığı sözləri yayımlayıb.
"Ata, öldün. Amma o dünyada çox yaxşı olacaqsan. Orada bir daha ölməyəcəksən. Səni çox sevirəm" deyə mərhum müğənninin qızı qeyd edib.
Xatırladaq ki, həyat yoldaşının sözlərinə görə, müğənni Zəhranın bioloji atası olmasa da, bunu heç vaxt qızına hiss elətdirməyib.
Emil Rəhmanoğlu 29 sentyabr 2023-cü ildə ürəktutmasından vəfat edib.
Emil Rəhmanın qızının məktubu hər kəsi ağlatdı - FOTO
Gundelik-Baku.Org