"Zahiddən sonra Gülbahar yaşamırdı, günlərini sayırdı"

"Zahiddən sonra Gülbahar yaşamırdı, günlərini sayırdı"
"Gülbahar Şükürlü bütün sənət adamları ilə dost idi. Deyirdi ki, Zahiddən sonra yaşamaram".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli mərhum Əməkdar artist Gülbahar Şükürlü haqda danışarkən deyib. "Gündən-günə" proqramında qonaq olan müğənni qarmon ifaçısının xəstəliyindən söz açıb:

"Necə dedisə, elə də etdi. Çox etibarlı adam idi. İnsan elə bil öz taleyini yazdı. Zahiddən (G.Şükürlünün həyat yoldaşı -red.) sonra yaşamırdı, günlərini sayırdı".

Qeyd edək ki, G.Şükürlü bir neçə gün əvvəl uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. O, bir neçə il əvvəl həyat yoldaşını itirmişdi.

Gundelik-Baku.Org