“Elza dəyişmək məcburiyyətində deyil”

“Elza dəyişmək məcburiyyətində deyil”
Müğənnilər Nura Suri və Səidə Sultan geyiminə görə tənqid olunan Əməkdar artist Elza Seyidcahanın müdafiəsinə qalxıb.

Bu barədə onlar instaqramda paylaşım ediblər. Səidə hekayə bölməsində bildirib ki, Seyidcahan həmişə fərqli olub:
“Niyə Elza xanımı dəyişməyə çalışırsız? Ayıb deyil? Niyə insanları olduğu ruhda qəbul etmirsiz? Elza xanım, həmişə fərqli olub. Özünəməxsus geyim tərzi, papaqları olub. Konservatoriyada oxuyanda da belə imiş, tələbə yoldaşları da təsdiqləyə bilər. Əl çəkin. Elza xanım bundan sonra kimlərəsə görə dəyişmək məcburiyyətində deyil. Olduğu kimi qəbul edin”.
N. Suri də bəstəkarı olduğu kimi qəbul etməyin tərəfdarıdır:
“Elza xanımı müzakirə etməkdən əl çəkin! Olduğu kimi qəbul edin. İnsanları dəyişməyə çalışmayın. Hamı broyler toyuqları kimi eyni olmalı deyil. Hər kəsin özünə məxsus bir tərzi, düşüncəsi bə həyata baxışı var”.
Xatırladaq ki, Elza Aygün Bəylərin vida mərasimindəki tərzinə görə bir neçə gündür tənqid olunur. Hətta o, bu səbəbdən efirdə Xalq artisti Flroa Kərimova ilə qalmaqal yaşayıb.

Gundelik-Baku.Org