Efirdə qalmaqal: Elza buna görə Flora ilə dalaşdı

Efirdə qalmaqal: Elza buna görə Flora ilə dalaşdı
ARB-də bu gün efirə gedən "Elgizlə izlə" verlişində qalmaqal baş verib.
Bu dəfə Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahan üz-üzə gəlib. Sənətçilərin münaqişəsinə səbəb Flora Kərimovanın Elzanın geyiminə irad tutması olub. Xalq artisti həmkarını ötən gün dəfn edilən Əməkdar artist Aygün Bəylərin vida mərasiminə şlyapa ilə getməsini qınayıb.
O, Elza Seyidcahanın libasının hüzr mərasiminə uyğun olmadığını bildirib.
Əməkdar artistin reaksiyası isə sərt olub. Elza Seyidcahan Flora Kərimovaya onun geyiminə müdaxilə etməməyi tapşırıb. Bununla da ürəyi soyumayan müğənni əlindəki mikrafonu yerə çırparaq studiyanı tərk edib.
Gundelik-Baku.Org