Sumqayıtda gəncin öldürülməsi faktı üzrə cinayət işi başlanıb

Sumqayıtda gəncin öldürülməsi faktı üzrə cinayət işi başlanıb
Yanvarın 10-u saat 02 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan bildirilib ki, aparılan araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Gundelik-Baku.Org