Azad edilmiş ərazilərdə prezident seçkilərində təşviqat üçün görüş yerləri ayrılıb

Azad edilmiş ərazilərdə prezident seçkilərində təşviqat üçün görüş yerləri ayrılıb
Azad edilmiş ərazilərdə ilk dəfə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat üçün daimi görüş yerləri ayrılıb.
Laçın, Şuşa, Zəngilan və Qubadlı rayonları üzrə namizədlər üçün ayrılmış seçkiqabağı təşviqat üçün daimi görüş yerləri aşağıdakı kimidir:
Laçın121 saylı LaçınAğcabədi rayonunun Taxtakörpü qəsəbəsində, Şamkənd musiqi məktəbinin qarşısıAğcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki klub



Şuşa124 saylı Şuşa-Ağdam-Xocalı-XocavəndBakı şəhəri, Sabunçu rayonu, Ramana-450 qəsəbəsi, Malıbəyli kənd tam orta məktəbin idman meydançasıŞuşa şəhər 1 saylı tam orta məktəbin akt zalı
Zəngilan125 saylı Zəngilan QubadlıAbşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin mərkəzi meydanıAbşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin Mədəniyyət evi



Qubadlı125 saylı Zəngilan QubadlıSumqayıt şəhəri, 42-ci məhəllə, 10 saylı Peşə liseyinin qarşısındakı meydanSumqayıt şəhəri"28 May” Mədəniyyət evi
Qeyd edək ki, seçkiqabağı təşviqat tədbirləri çərçivəsində seçicilərlə görüşlər üçün şəhər və rayonlarda 125 seçki dairəsi üzrə 139 açıq, 139 qapalı yer müəyyən edilib.
Gundelik-Baku.Org