Tünd şokolad bu insanlar üçün zərərlidir

Tünd şokolad bu insanlar üçün zərərlidir
Tünd şokolad bir çoxlarımızın sevdiyi və istehlak etdiyi şirniyyat növlərindən biridir. 
Dietoloq və qastroenteroloq Natalya Suçeva tünd şokoladın düzgün yeyilmə vaxtı və ondan kimlərin imtina etməli olduğu haqqında danışıb. 
Həkimin sözlərinə görə, tünd şokolad tərkibindəki şəkərin miqdarı azaldığından sağlamlığına və çəkisinə nəzarət edənlərə məsləhət görülür. Mütəxəssis əsas yeməkdən sonra - xüsusilə çiy tərəvəzlərdən və ya zülallı qidalardan hazırlanan salatlardan sonra bu şirniyyatdan istifadə etməyi məsləhət görüb.
Eyni zamanda Suçeva bəzi insanlara tünd şokolad yeməmək barədə xəbərdarlıq edib. Beləliklə, miqren və ya yüksək təzyiqdən əziyyət çəkən xəstələr, həmçinin komponentlərə fərdi dözümsüzlüyü olan insanlar üçün bu qida tövsiyə olunmur. Bildirilir ki, tünd şokolad damarların spazmına səbəb ola bilər. Bu da xəstəliklərin əlamətlərini daha da ağırlaşdırmağa yol açır.
Bundan əlavə, Suçeva beş yaşından kiçik uşaqlara qara şokolad verməyi qadağan edib və diabet xəstələrini gündə 30 qramdan artıq istehlak etməməyə çağırıb.   
Gundelik-Baku.Org