İlham Əliyev Azərbaycan tarixində son 200 ildə alternativi olmayan ən güclü liderdir...

İlham Əliyev Azərbaycan tarixində son 200 ildə alternativi olmayan ən güclü liderdir...
İlham Əliyev Xankəndidə hərbi paradı qəbul edir... 
Əli Kərimli isə keçidən, tövlədən danışır... 
Biz bu yazını konkret olaraq tarixi faktlara əsaslanaraq yazırıq. Yəni, emosiya-filan lazım deyil. Az qala hamıya məlumdur ki, 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında Gülüstan sülh müqaviləsi imzalandı. 
Detallara varmadan qeyd edək ki, müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi. Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazdakı Azərbaycan torpaqlarının əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. 
Bundan 13 il sonra, yəni 1826-cı ildə Azərbaycan torpaqlarına yiyələnmək uğrunda Çar Rusiyası ilə İran arasında yeni - ikinci müharibə başlandı. Nəticədə 1827-ci ilin oktyabrında Rusiya Naxçıvan və İrəvan xanlıqlarını da işğal etdi.   
Sonda Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqları rəsmi olaraq iki yerə bölündü və ilk dəfə olaraq Şimali Azərbaycan və Cənubi Azərbaycan terminləri ortaya çıxdı. Ən dəhşətlisi odur ki, bu müqaviləyə əsasən Osmanlı dövləti ilə Azərbaycan arasında əlaqə kəsildi. 
Daha dəhşətlisi odur ki, Rusiya tərəfindən ilhaq edilən torpaqlara köç haqqı nəzərdə tutulduğundan on minlərlə erməni İrəvan, Qarabağ, Naxçıvan və digər ərazilərə köç etdirildi. Rusiya imperiyası özü Cənubi Qafqaza yerləşməklə yanaşı, gələcək “Erməni” dövlətinin də təməlini qoymuş oldu. Yəni Qarabağ problemi təzə problem deyil, bunun kökü 200 il əvvəl qoyulub. Yüz minlərlə erməninin Azərbaycan torpaqlarında yerləşdirilməsi gələcək problemlərin əsasını qoydu. 
Sonrakı illərdə nələr baş verdi..? 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda İrəvan paytaxt olaraq Ermənistana verildi. 
Biz bir media olaraq heç bir liderimizin fəaliyyətinin üzərinə kölgə salmaq fikrində deyilik. Amma  fakt odur ki, 1918-1920-ci illərdə biz xeyli torpaqlarımızı itirdik. 
Yazının inkişaf dinamikasına uyğun olaraq, dövrün sovet Azərbaycanına, yəni 1920-ci ildən sonrakı tarixə nəzər salaraq, Zəngəzurun, Mehri və digər ərazilərimizin ermənilərə verilməsini yada salaq. Elə bilirsiniz torpaqlarımızın kimlərəsə verilməsi məsələsi bununla bitdi..? 
Sovet Hökumətinin mənəm-mənəm deyən vaxtlarında Laçının Qaragöl yaylağı, daha sonra Qazax rayonunun xeyli ərazisi Ermənistana verildi. Daha sonra baş verənlər isə bu gün hamıya məlumdur. 1988-ci ildən başlayaraq 100 minlərlə azərbaycanlı qardaşlarımız öz qədim torpaqlarından qovuldu... Daha sonra Şuşa, Kəlbəcər, Zəngilan, Qubadlı, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Xocalı, Xocavənd, Xankəndi, Ağdərə və s işğal olundu. Sonrakı  mərhələlərdə isə ermənilər bizi Gəncənin, hətta Bakının işğalı ilə hədələməyə başladı. 
Təsəvvür edirsiniz  XXI əsrdə bu bir millət üçün böyük faciə idi. 
Fikir verdinizmi, 1813-2020-ci illər. Çətinliklər getdikcə bizi üstələyirdi. Bu illər ərzində Azərbacan öz dədə-baba torpaqlarını geri qaytara bilmədi. Nəinki qaytara bilmədi, əksinə torpaqlarımız zəbt olunmaqda davam edirdi. 
Təsəvvür edirsiniz, ermənilər Şuşada, Cıdır düzündə Yallı gedir və bizə deyirdilər ki, qeyrətiniz varsa gəlin torpaqlarınızı alın... Bu bir millətin namus məsələsi idi... Nəhayət 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan ordusu Ermənistanın müqavimətini qıraraq ilk dəfə müəyyən strateji yüksəklikləri fəth edə bildi. Biz onda yazmışdıq ki, bu tarix gələcək Qarabağ müharibəsinin əsasını qoydu. 
Sözün düzü, o vaxtlar Azərbaycan cəmiyyətində bir dəhşətli pessimizm, bədbin əhval-ruhiyyə var idi. Yəni insanlar torpaqlarımızın erməni işğalçılarından tam azad olunacağını düşünmürdü. Əslində bunun əsası var idi. Az qala dünyanın yarısı erməni işğalçılarını dəstəkləyirdi, dünyanın böyük gücləri ermənilərə dəstək verirdi. Belə bir siyasi şərtlər daxilində problemi həll etmək möcüzə kimi görünürdü. 
Amma cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev rəhbər, sərkərdə, diplomat bacarığı ilə öz sözünü dedi. Bütün dünya şahid oldu ki, İkinci Qarabağ Müharibəsində cənab Prezidentimiz İlham Əliyev az qala təkbaşına bütün dünya ilə üz-üzə gəldi, amma yenilmədi, əksinə qalib gəldi. Çünki cənab Prezidentimizin arxasında həmişə olduğu kimi, böyük Azərbaycan Xalqı dayanırdı və indi də dayanır. Onu da qeyd edək ki, Ermənistan Respublikası ərazilərimizin 20 faizini işğal etməsi ilə kifayətlənməyərək digər yaşayış məntəqələrimizi də işğal etməyə, Gəncəyə, Tərtərə, Tovuz rayonuna zərbə endirməyə başlamışdı. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olundu, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edildi. 
İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edildi. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. 
Onu da xüsusi olaraq qeyd edək ki, 44 günlük müharibə zamanı Azərbaycan xalqı heyrət ediləcək birlik və bərabərlik nümayiş etdirərək Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşdi. Vətən oğulları gözlərini qırpmadan torpaqlarımız uğrunda canlarından keçdilər. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan öz tarixi torpaqlarını geri qaytararaq düşmən üzərində parlaq zəfər qazandı. 
Təsəvvür edirsiniz bu boyda müharibədə 1 nəfər fərari olmadı. Və sonda Rusiyanın vasitəçiliyi ilə Ermənistan tərəfi təslim olmaqla bağlı danışıqlar stoluna oturmağa məcbur oldu. Çünki başqa yolu qalmamışdı. Sonra baş verənlər isə  hamıya bəllidir. Razılaşmanın şərtlərini pozmağa, təxribata çalışan Ermənistan tərəfi lokal antiterror əməliyyatı ilə üz-üzə gəldi və bütün resurslarını itirdi. 
Təsəvvür edirsiniz, 2 əsrdən artıq davam edən Ermənistanın işğlaçı siyasətinə Azərbaycanımızın ərazisində son qoyuldu. Dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Və sonda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları Xankəndidə ZƏFƏR PARADINI qəbul etdi. Bu bütün dünyanın gözü qarşısında baş verdi. Azərbaycanın nüfuzu dünyada yüksəldi. 
Əli Kərimli və İsa Qənbər sayıqlaması...
Biz yazının başlığına əbəs yerə 200 il məsələsini çıxartmadıq. Bəli, İlham Əliyev cənabları son 200 ildə heç bir liderin əldə etmədiyi qələbəni əldə etdi və öz adını Azərbaycan tarixinə QIZIL HƏRFLƏRLƏ YAZDI. Bütün bunlar ortada olduğu halda gəlin görək, cılız, heç nəyə yaramayan radikal müxalifət lideri, AXCP sədri Əli Kərimli nə sayaqlayır. 
Məlumdur ki, erməni işğalından azad edilmiş torpaqlarımızda müasir tələblərə cavab verən fermer təsərrüfatları yaradılıb. Günün istisində, qışın soyuğunda, qarlı-şaxtalı hava şəraitində min bir əzab-əziyyətlə ərsiyəyə gətirilən bu dövlət əhəmiyyətli obyektlərin tikintisi heç də asan başa gəlmir. Onu da xatırladaq ki, bu təsərrüfat sahələrindən biri də Laçın rayonunda yaradılmışdır. 
Bu dövlət əhəmiyyətli obyektləri, təsərrüfat sahələrini, bu inkişafı gözü götürməyən Əli Kərimli həmin ərazilərdə fəaliyyət göstərən keçi fermalarını ələ salır, müasir keçi tövləsindən yazır və s. Bu adama başa salmaq lazımdır ki, sən özün elə keçi tövləsi söhbətinə layiqsən, Əli Kərimli. Sənin layiq olduğun yer elə tövlədir. Əli Kərimli, sən başından böyük qələt edib, Azərbaycan vətəndaşını keçi ilə müqayisə edirsən. Müharibənin ən qızğın vaxtında sənin oğlun hansı ölkədə istirahət edirdi, ay Əli Kərimli...? Əli Kərimliyə deyən lazımdır ki, sən Azərbaycan vətəndaşlarını müharibədən yayındırmaq üçün miqrant alveri ilə məşğulsan. Vətəndaşlardan 10 min manat alıb onları siyasət adı ilə ölkədən çıxarırsan. Sözün qısası, cənab İlham Əliyev TARİX YARADIR, Əli Kərimli kimilər isə tövlə söhbəti edir.
Əli Kərimli və İsa Qənbər Azərbaycan vətəndaşlarıdırmı..?
Yazının sonunda bir məsələyə daha çox diqqət çəkmək istəyirəm. Bu Əli Kərimlilər, bu İsa Qənbərlər ümumiyyətlə özlərini ölkəmizin vətəndaşı hesab etmirlərmi? Görəsən, ölkəmizin inkişafını, dünya dövlətləri arasındakı nüfuzunu görmək üçün bunlara nə lazımdır? Doğrudanmı, bunların qulaqları kar, gözləri kordur? Amma istər Əli Kərimli olsun, istərsə də İsa Qənbər açın qulaqlarınızı eşidin. Sizə havadarlıq edənlərin hamısının iç üzü açılacaq. Hüquq Mühafizə Orqanlarında çalışan bəzi dostlarınızın (özünüz çox gözəl bilirsiniz kimləri nəzərdə tuturuq) yəqin ki, əməlləri ilə bağlı araşdırmalar aparılacaq. Əli Kərimlinin və İsa Qənbərin Hüquq Mühafizə Orqanlarında işləyən havadarlarının "Onları prokurorluq və bəzi təşkilatlar araşdırırlar, narahat olmayın onları götürəcəklər" demələri heç də bizi Dövlətimizə, Dövlətçiliyimizə, cənab Ali Baş Komandanımıza dil uzadanların qarşısından qaçmağa vadar etməyəcək. Əksinə bizi daha da diqqətli və güclü olmağa sövq edəcək.
"Yeni Əkinçi" qəzetinin baş redaktoru Habil Vəliyev, Ali Baş Komandan İlham Əliyevə müraciət etdi...
Açıq şəkildə bəyan edərək Ölkə Başçımız, Ali Baş Komandanımız cənab İlham Əliyevə müraciət edərək bildiririk ki, cənab Prezident Əli Kərimli və İsa Qənbərə öz vətəndaşlıq borcumuzu yerinə yetirərək cavab verən kimi, ordan-burdan bizlərə zənglər gəlir, hədə-qorxular olur. Bir sözlə bəzi şəxslər elə bilki, Əli Kərimli və İsa Qənbərin vəkilləridir. Amma biz onların heç bir hədə-qorxusundan qorxub, çəkinmirik. Biz nə ölümdən, nə də Əli Kərimli və İsa Qənbərlərin havadarları tərəfindən şərlənərək həbs olunmaqdan qorxmuruq. Biz inanırıq ki, günün birində Siz, cənab Ali Baş Komandanımız İlham Əliyev bu mənfur addımları atanların cavablarını açıq şəkildə verəcəksiniz. 
Onu da bildirək ki, biz son 30 ildə Əli Kərimli və İsa Qənbər cütlüyünün çürük siyasətinə qarşı həmişə mübarizə aparmışıq, həmişə də mübarizə aparacağıq. 
Dövlətimizə, dövlətçiliyimizə və cənab Prezidentimizə qarşı atılan hər hansı bir mənfi addımı pisləyirik və bu addımlar bizi hiddətləndirir. 
Bir daha cənab Prezidentimizə müraciət edərək bildiririk ki, sizin uğurlu siyasətiniz Azərbaycan xalqını işıqlı gələcəyə aparır. Biz sizinlə fəxr edirik.
"Yeni Əkinçi" qəzetinin baş redaktoru Habil Vəliyev
Gundelik-Baku.Org