Azərbaycanda minik avtomobillərə pərdə çəkmək olar? - 150 manat cərimə

Azərbaycanda minik avtomobillərə pərdə çəkmək olar? - 150 manat cərimə
Bu ilin fevral ayının 1-dən Azərbaycanda nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15 sm-dən çox olmamaq şərtilə plyonka, jalüzlər, pərdə çəkilməsinə icazə verilib. 

Qaynarinfo-nun məlumatına görə, yeni qaydaların təfərrüatını hələ də səhv anlayan sürcülər var. Nəticədə hələ də plyonka, jalüzlər, pərdəyə görə 150 manat cərimə edilən sürücülər var. 



Məsələn, bir neçə gün əvvəl Nizami rayonu Əli Vəliyev küçəsində 99 YP 337 dövlət nömrə nişanlı avtomobil ilə xidmət aparan polis əməkdaşları 90 LH 222 dövlət qeydiyyat nişanlı "VAZ 21214” markalı minik avtomobilinin sürücüsünü saxlayıblar. Avtomobilin sürücüsü barəsində arxa şüşlərinə pərdə quraşdırırdığı üçün İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə 150 manat cərimə protokolu tərtib edilib. 




Sürücü DYP əməkdaşlarının qərarından narazı qalaraq, Nizami Rayon Məhkəməsinə müraciət edib. Protokolun tərtib olunmasına etiraz edərək bildirib ki, 342.2.4-cü maddə nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsi halına görə cəzadır, onun avtomobilində isə yalnız arxa ban şüşədə pərdə var. Qeyd edilən halları və faktları nəzərə alaraq hesab edir ki, barəsində verilən qərar tamamilə qanunsuzdur. Məhz bu səbəbdən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş edib. 

Hakim Nigar Qədirli isə şikayətçinin inzibati xəta haqqında qərardan verdiyi şikayəti təmin etməyib, DYP əməkdaşlarının verdiyi qərarı dəyişdirilmədən saxlayıb. 

Hakim bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il tarixli 21 yanvar 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydasının 3.2.1-ci bəndinə əsasən, minik avtomobillərində yalnız plyonka və ya jalüz quraşdırılmasına icazə verilir. 3.2.2-ci maddəyə əsasən isə yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda pərdə asılmasına icazə var.

Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası:


Gundelik-Baku.Org