Hüseyn aktrisa xanımını hədiyyə “yağış”ına tutdu

Hüseyn aktrisa xanımını hədiyyə “yağış”ına tutdu
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimova ilə bağlı diqqətçəkən paylaşım edib.

Musiqiçi xanımına avtomobildə doğum günü sürprizi edib. 

Həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Hüseyn videoda “Ayselə demişəm ki, düş, maşında gözləyirəm, gedək sənə gül alım. Cavab verdi ki, adam da belə təbrik edər? Gedim gözləyim ki, mənə gül alacaqsan” sözlərini dilə gətirib.  
Məhəmmədoğlu daha sonra maşında xüsusi olaraq İbrahimova üçün hazırladığı qızıl üzük və gül dəstəsini ona verib. 

Qeyd edək ki, Aysel və Hüseyn cütlüyünün bu nikahdan bir Məhəmməd adlı oğul övladı var. 
 
Gundelik-Baku.Org