Bu il narkotiklə bağlı nə qədər cinayət faktı aşkarlanıb?

Bu il narkotiklə bağlı nə qədər cinayət faktı aşkarlanıb?
2023-cü ilin yanvar-avqust ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7598 cinayət faktı aşkarlanıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.
Onlardan 2659-u narkotik vasitələrin qanunsuz satışı, 4649-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 260-ı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 804 kq 558,512 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 722 kq 686,454 qr-nı heroin, 3 ton 349 kq 422,948 qr-nı marixuana, 236 kq 905,361 qr-nı tiryək, 50 kq 988,844 qr-nı həşiş, 750,831 qr-nı kokain, 318 kq 741,409 qr-nı psixotrop maddələr, 125 kq 042,665 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 47726 ədəd həb metadon, 14164 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul, 3308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.
Gundelik-Baku.Org