DİN: Biləcəridə azyaşlılara narkotik verilməsi araşdırılıb

DİN: Biləcəridə azyaşlılara narkotik verilməsi araşdırılıb
Sosial şəbəkələrdə Biləcəri qəsəbəsində azyaşlılara narkotik vasitə verilməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb.
Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov danışıb.
Onun sözlərinə görə, görüntülərdə əks olunan şəxsin azyaşlıya narkotik maddə təklif etməsi iddiası əsassızdır:
"Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər diqqət mərkəzində saxlanılır. Aşkar olunan faktlarla bağlı ictamaiyyətin məlumatlandırılması təmin edilir".



Gundelik-Baku.Org