“Pulumu 3 qat artıq qaytarasa belə, onu bağışlamayacağam”

“Pulumu 3 qat artıq qaytarasa belə, onu bağışlamayacağam”
“O, ailəmə şər atıb. Mən onu heç vaxt bağışlamaram”.
 
Olay xəbər verir ki, bu sözləri əməkdar artist Cavanşir Məmmədov “Tarixin bir günü” verilişində keçmiş kürəkəni Mustafa Kemal İbil haqda açıqlamasında deyib. 
 
Müğənni Mustafa Kemal İbilin ondan aldığı pulu 3 qat artıq qaytaracağı təqdirdə belə, onu bağışlamayacağını vurğulayıb. 
 
Xatırladaq ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb.
 
M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Gundelik-Baku.Org