“Məktəbli formaları 3 il qüvvədə olacaq”

“Məktəbli formaları 3 il qüvvədə olacaq”
“Bütün məktəblərdə vahid məktəbli formalarının seçimi təsdiq olunub”.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vahid məktəbli forması nizam-intizamın başlanğıcıdır:
“Biz bu məsələdə icraçı istiqamətdə maarifləndirici və kommunikasiyaedici tərəfik. Məktəbli formasının seçimində çox yaxşı işlər gedir. Hesab edirik ki, məktəblər bu cəhətdən göz oxşayacaq. Onu da nəzərə alaq ki, həmin formalar 3 il qüvvədə olacaq”.
Gundelik-Baku.Org