Kağız qəhvə fincanları ZƏHƏRLİDİR

Kağız qəhvə fincanları ZƏHƏRLİDİR
İsveçin Göteborq Universitetinin alimləri müəyyən ediblər ki, ekoloji cəhətdən təmiz hesab edilən kağız qəhvə fincanları ətraf mühit üçün zəhərlidir.  
Araşdırmanın nəticələri "Environmental Pollution" jurnalında dərc olunub.
Elm adamları böcəklər üzərində bir sıra təcrübələr aparıblar. Onlar bu  kağız fincanın parçalandığı suya və torpağa qoyulublar. Nəticədə sürfələrdə müxtəlif qüsurlar əmələ gəlib. Ekspertlərin fikrincə, oxşar risklər digər vəhşi heyvanlar və insanlar üçün də ola bilər.
Aşkar edilən kimyəvi maddələrə ultrabənövşəyi (UV) stabilizatorlar, alov gecikdiricilər, plastifikatorlar və ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin zəhərli hesab etdiyi yuyucu nonilfenol daxildir.
Bu maddələr, müəlliflərin fikrincə, endokrin pozğunluqlara səbəb ola bilər, xəstəlikləri təhrik edə bilər, cinsi çoxalmaya, böyüməyə və digər bədən funksiyalarına təsir göstərə bilər.
Gundelik-Baku.Org