Kubinkada böyüdü, 16 yaşından tum, dondurma satdı, anası aktyor olmağını istəmədi - Ələsgər Məmmədoğlunun HƏYATI - VİDEO

Kubinkada böyüdü, 16 yaşından tum, dondurma satdı, anası aktyor olmağını istəmədi - Ələsgər Məmmədoğlunun HƏYATI - VİDEO
"AStar" layihəsinin bu dəfəki buraxılışı mərhum Əməkdar artist Ələsgər Məmmədoğluna həsr edilib.
İstedadlı aktyor Ələsgər Məmmədoğlu kiçik bəzən də özünün də dediyi kimi üçüncü dərəcəli rolların mahir ifaçısı olub. O canlandırdığı epizodik rollarla yaddaşlarda qaldı. Aktyorun uşaqlıq illəri Kubinkada keçib. Dörd bacı iki qaraş olublar. Atasını itirdikdən sonra ailəsinin yükü Ələsgərin çiyinlərinə düşür. 16 yaşında işləməyə başlayan Ələsgər tum, dondurma sataraq ailəsini dolanışığını təmin etməyə çalşııb.
Uşaqlıqdan teatr tamaşalarına baxmağı çox sevirmiş. Böyüyən zaman aktyor olacağına qərar verir. Lakin anası onun aktyor olmağını istəmir. Sonra o sənədlərini İncəsənət İnstituna verir. Gündüz Musiqili Komediya tetarında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi olaraq çalışır.
Aktyorun əsl adı Əsgər olub. Uşaqlıqda isə onun hamı "Xanlar"  deyə çağırımış. "Bəyin oğurlanması" filmindəki Ələsgər obrazı çox sevildiyindən tamaşaçılar onu Ələsgər olaraq tanıdılar.
Aktyor 1980-ci ildə məşhur aktyor Alen Delonun da rol aldığı "Tehran-43" filminə çəkilir. Lakin onun çəkildiyi səhnələrin bir çoxu filmdən çıxarılır.
Verilişdə Xalq artisti Nurəddin Mehdixanlı və aktyorun oğlu Ceyhun Məmmədov da yer alıblar. Onlar mərhumla bağlı xatirələrini bölüşüblər. 
Ətraflı videoda:


Gundelik-Baku.Org