Ulduz aktyor döyüş səhnəsində yaralandı

Ulduz aktyor döyüş səhnəsində yaralandı
“Barbaros Hayreddin Sultanın Fermanı” serialında çəkilən türkiyəli məşhur aktyor Tolgahan Sayışmanın başına xoşagəlməz hadisə gəlib. 
Xarici mətbuat xəbər verir ki, ötən gün döyüş səhnəsi zamanı aktyorun topuğu əzilib və əli kəsilib. Tolgahan Sayışman tez bir zamanda xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, aktyorun vəziyyəti stabildir. 
Gundelik-Baku.Org