Bu il 59 uşağa Xudayar adı verilib

Bu il 59 uşağa Xudayar adı verilib
Bu il Azərbaycanda Xudayar adı verilən uşaqların sayı açıqlanıb.
Cari ilin əvvəlindən bu günə qədər 59 uşağa Xudayar adı verilib. Son illər ölkəmizdə Xudayar adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 82 körpəyə Xudayar adı verilib. Xudayar adı Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb.
Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır" təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib. Qeyd edək ki, bu gün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunan Xudayar Yusifzadənin şəhid olmasından 2 il ötür.
Gundelik-Baku.Org