Azərbaycanda nə qədər benzin və dizel istehsal olunur? - STATİSTİKA

Azərbaycanda nə qədər benzin və dizel istehsal olunur? - STATİSTİKA
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 443,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,1% artıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 46,5%, neft koksunun istehsalı 45,8%, avtomobil benzininin istehsalı 31,1%, qazoylların (dizel yanacağının) istehsalı 26,1% artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 43,2%, mazut istehsalı isə 91,5% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri2023-cü ilin yanvar-aprel aylarında istehsal edilibƏvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə01.05.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton471,7131,133,7
Ağ neft, min ton179,5107,328,3
Qazoyllar (dizel yanacağı), min ton751,5126,1107,8
Mazut, min ton3,18,51,7
Sürtkü yağları, min ton21,1146,57,3
Maye qazlar, min ton91,7124,11,6
Neft koksu, bitumu və məhsullarının digər qrupları, min ton365,289,645,6
ondan:   
neft bitumu, min ton55,456,89,7
neft koksu, min ton84,3145,835,4
  
Gundelik-Baku.Org