Bakıda avtobus zolağında qarpız satılır - FOTO

Bakıda avtobus zolağında qarpız satılır - FOTO
"Biz Bakıda tıxaclara əlac tapmaq üçün baş sındırırıq. Babək prospektinin avtobus zolağında isə qarpız satılır".
Bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov sosial şəbəkədə paylaşım edib.
"Qarpız yeyilməlidir. Yeyilmək üçün də satılmalıdır. Amma hər şey öz yerində daha gözəl olur. Bəlkə də bu qarpızları satan avtobus zolağının fərqində deyil. Amma həmin ərazidə xidmət edən polislər ona buranın statusunu xatırlatmalı idilər", - deyə Ə.Hüseynov bildirib.

Gundelik-Baku.Org