"İst Food"da nöqsanlar AŞKARLANDI

"İst Food"da nöqsanlar AŞKARLANDI
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 4 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib.
Ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub. 
Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2 nöqsan aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
Sahibkarlıq subyektiÜnvanAşkar olunan nöqsanlar
Ticarət obyektləri
1"Bolmart" marketBinəqədi rayonu, 7-ci mkrObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2Osmanov Vasif Nəsrəddin oğluna məxsus marketXaçmaz şəhəri, H.Əliyev küçəsi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
3"Hanımefendi" marketXaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi    
Apteklər
4"Dokta 929" aptekXaçmaz şəhəri, R.Behbudov küçəsiQida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması       
İctimai iaşə müəssisələri
5"İst Food" restoranıYasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
6 "Təbriz" kafesiQazax rayonu, Xanlıqlar kəndi1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi   
  
Gundelik-Baku.Org