Bu obyektlərdə nöqsanlar aşkarlandı - SİYAHI

Bu obyektlərdə nöqsanlar aşkarlandı - SİYAHI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, 2 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
Sahibkarlıq subyektiÜnvanAşkar olunan nöqsanlar
Ticarət obyektləri
1"Məhəllə" marketNəsimi rayonu, E.Tağıyev və V.Plotnikov küçələrinin
kəsişməsi, ev 746
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2"28" topdan satış mağazasıNəsimi rayonu, M.Qaşqay küç., ev 111.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3"Murad" topdan satış mağazasıNəsimi rayonu, M.Qaşqay küç., ev 10, m. 21.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4"Bakı" topdan satış mağazasıNəsimi rayonu, V.Plotnikov küç., ev 291.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Ev şəraitində hazırlanan məhsulların satışı
5Alıyev Sahib Qurbət oğluna məxsus ərzaq mağazasıŞamaxı şəhəri, Ü.Hacıbəyov küçəsi1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
3.Ev şəraitində hazırlanan məhsulların satışı
İctimai iaşə müəssisələri
6"Continental" hotelində restoranBinəqədi rayonu, Ə.Rəcəbli küç., ev 13Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
7"Çörək Ağacı" kafesiYasamal rayonu, İzmir küç., ev 9Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8"Qədim Qəbələ" restoranıYasamal rayonu, A.M.Şərifzadə küç., ev 331.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Ev şəraitində hazırlanan məhsulların satışı
9"Love City" kafesiSəbail rayonu, Ü.Hacıbəyov küç., ev 181.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10"New Baku" hotelində restoranNəsimi rayonu, H.Əliyev küç., ev 9CObliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
11"Əriklik" restoranıGəncə şəhəri, Yeni Gəncə qəsəbəsi1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
  
Gundelik-Baku.Org