Azərbaycanla bu ölkə arasında aviareyslər bərpa edilir

Azərbaycanla bu ölkə arasında aviareyslər bərpa edilir
AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.
Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.
Küveyt yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti və alış-veriş turistləri cəlb edir.
Aviabiletləri www.azal.az saytından, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Gundelik-Baku.Org