Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasına rəis təyin edilib

Bakı metrosunun “Nəriman Nərimanov” stansiyasına rəis təyin edilib
"Bakı Metropoliteni” QSC-nin "Nəriman Nərimanov” stansiyasının rəisi vəzifəsinə təyinat olub.

Bununla bağlı səhmdar cəmiyyətinin rəisi Zaur Hüseynov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Arif Həsənliyə həvalə edilib. O, bundan əvvəl "Xalqlar dostluğu” metrostansiyasının rəisi olub.

Bakı metrosundan "Report”un sorğusuna cavab olaraq faktı təsdiq ediblər.

Xatırladaq ki, "Nəriman Nərimanov” stansiyasının rəisi Seyfulla Vəliyev avqustda vəzifəsindən azad olunaraq inşası davam edən və şərti adı "Xocasən” olan stansiyaya rəis təyin edilmişdi.

Hazırda metro stansiyalarının sayı 27-dir və onların 26-da sərnişin qəbulu həyata keçirilir.

Metronun 27 stansiyasının rəhbərliyi aşağıdakı kimidir:

Stansiya rəisinin adıHazırda rəhbərlik
etdiyi stansiya
Əvvəl rəhbərlik
etdiyi stansiya
1Əlişan AğayevAvtovağzalMemar Əcəmi (Bənövşəyi)
2Niyaz AlıyevMemar Əcəmi (Bənövşəyi)Qara Qarayev
3Akif MəmmədovŞah İsmayıl XətaiƏhmədli
4Yusif KərimovCəfər CabbarlıGənclik
5Vüsal ZeynalovNizamiİmtahanla qəbul edilib
6Şaiq HeydərovElmlər AkademiyasıCəfər Cabbarlı
7Sərdar BabayevİnşaatçılarBakmil
8Elçin Süleymanov20 Yanvarİnşaatçılar
9Şahvələd HüseynovMemar Əcəmiİçərişəhər
10Ramin ƏliyevNəsimiİmtahanla qəbul edilib
11Xalid MəmmədovAzadlıq prospektiİmtahanla qəbul edilib
12Faiq HəsənovDərnəgülAvtovağzal
13Cümşüd CəfərovİçərişəhərSahil
14Nurlan NəbiyevSahilİmtahanla qəbul edilib
15Müstəcəb Qurbanov28 MayNəriman Nərimanov
16Əli MayılovGənclikElmlər Akademiyası
17Arif HəsənliNəriman NərimanovXalqlar dostluğu
18Dəyanət DadaşovBakmilŞah İsmayıl Xətai
19Elxan ZeynalovUlduzNəsimi
20Vadim MəmmədovKoroğluHəzi Aslanov
21İlqar RüstəmovQara QarayevAzadlıq prospekti
22Mehman İbrahimovNeftçilərKoroğlu
23
Xalqlar dostluğu
24Cəmşid CəfərovƏhmədliNeftçilər
25Vidadi İbrahimovHəzi Aslanov28 May
26Yusif Şabanov8 NoyabrNizami
27Seyfulla VəliyevXocasənNəriman Nərimanov
Gundelik-Baku.Org