Avtoxuliqanlıq edən sürücü həbs olundu

Avtoxuliqanlıq edən sürücü həbs olundu
Şamaxı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol-hərəkəti qaydalarına riayət etməyərək digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, ictimai asayişi nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Ramil Babayev idarə etdiyi “Opel” markalı avtomobil ilə şəhərin küçə və prospektlərində davamlı şəkildə qaydaları kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətləri edib. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən görülən tədbirlərlə həmin şəxs müəyyən olunaraq şöbəyə gətirilib. 
R.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 15 sutka inzibati həbs olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

  • Avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
  • Avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
Gundelik-Baku.Org