Autizm Assosiasiyasının baş katibi vəfat etdi

Autizm Assosiasiyasının baş katibi vəfat etdi
Azərbaycan Autizm Assosiasiyasının baş katibi Cavid Allahverdiyev ötən gecə qəfildən dünyasını dəyişib. 
Bu barədə məlumatı mərhumun dostları sosial şəbəkədə paylaşıblar. 
Onun ürəktutmasından vəfat etdiyi bildirilir. 
42 yaşlı C.Allahverdiyev həm də idman jurnalisti kimi tanınırdı. O, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) İcraiyyə Komitəsinin üzvü idi. 
Mərhum "Sportsman" jurnalının əməkdaşı olmaqla yanaşı, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasında (AİPS) da təmsil olunurdu. 
Allah rəhmət eləsin. 
Gundelik-Baku.Org