"Cullinan" hekayələri: TARİXİ RUHLANMA

"Cullinan" hekayələri: TARİXİ RUHLANMA
"Cullinan"ın arxa hissəsinin fərqli dizaynı təkcə zərif və praktik deyil, o, həm də müharibədən əvvəlki və sonrakı dövrün klassik "Rolls-Royce" avtomobillərinə istinad edir.
"Rolls-Royce" ilk yolsuzluq avtomobilini dizayn etməyə başladıqda, niyyəti həmişə markanın tarixi modellərinin ruhuna sadiq qalaraq, cəsarətli və gələcəyə baxan yenilikçi avtomobil istehsal etmək idi. "Cullinan"ın arxa hissəsinin fərqli quruluşu, klassik dizaynın müasir texnologiyalar və materiallarla qarışmasını mükəmməl şəkildə təsvir edir.
1920-ci illərin nəfis "Rolls-Royce" avtomobili haqqında düşünəndə, yəqin ki, arxa göyərtə qapağına bağlanmış baqajı olan avtomobili təsəvvür edirik. Beləliklə, sərnişinlər baqaj və yükləri ilə rahatlıqla səyahət edə bilirdilər. Bu, bir qayda idi: "Rolls-Royce" sərnişinləri heç vaxt yük ilə oturmazdılar.
Bu konsepsiya 1940-cı illərin sonu və 1950-ci illərin əvvəllərindəki Grand Tourer sinif avtomobillərində daha da inkişaf etdirildi. O dövrün Silver Dawn və Silver Wraith modelləri, parlaq, gövdə xəttləri ilə, yuvarlaq formada olan avtomobil arxası istehsal edilmişdir - başqa sözlə, gövdə böyük çamadanlar üçün əlavə yer təmin edərək əyilmiş və irəli çıxmışdır. Baqaj artıq mövcud idi, lakin indi qiymətli yük, avtomobilin gövdəsində qorunub saxlanırdı.
"Cullinan"ın zərif, müasir görünüşlü arxa hissəsi radikal profili klassik "Rolls-Royce" avtomobillərinə istinad edir. "Rolls-Royce" Cullinan Eksteryerinin aparıcı dizayneri Henry Cloke deyir ki, arxa hissə bizə klassik Rolls-Royce-un üstünlüklərini xatırladan və Cullinan-ın praktikliyi və istifadəyə yararlılığına işarə edən düşünülmüş dizayn işarəsi idi.
"Cullinan"ın dizaynı üçün ilham verməsini istədikdə, Cloke cavab verdi: “Mənim üçün bu, cazibədar səyahət və macəra idi. Arxa dizayn arxada daşınan baqajı olan klassik "Phantom"u xatırladır. Avtomobili dəbdəbəli safaridə və ya səhrada təsəvvür etdim. İlkin eskizlərimizə adətən ön planda qırmızı xalça daxildir; "Cullinan" üçün qarda ayaq izləri və ya qum təpələrində piknik çəkdim".
"Cullinan"ın kəskin arxa profili də avtomobilin ən vacib xüsusiyyətlərindən biridir. Arxa hissədə çamadanlar, idman ləvazimatları və ya daşına biləcək hər hansı digər əşyalar üçün çoxlu yer var və şüşə arakəsmə sərnişin bölməsini baqaj bölməsindən ayıraraq, ilk həqiqi "üç həcmli" yolsuzluq avtomobilini yaradır.
Bu, hətta arxa qapı açıq olduqda belə sərnişinlərin bağlı və səs keçirməyən mühitdə optimal temperaturu saxlaya bilməsini təmin edir. Dəbdəbə hissini daha da artırmaq üçün "Cullinan"ın iki ayrı arxa oturacağı "Rolls-Royce" viski stəkanları və dekanter, şampan qədəhləri və soyuducu olan içki şkafını özündə birləşdirən sabit arxa mərkəzi konsolla ayrılır. Yola düşdükdə rahatlığın ən vacib amil olduğunu unutmaq olmaz.
  • "Cullinan" hekayələri: TARİXİ RUHLANMA - FOTOLAR
  • "Cullinan" hekayələri: TARİXİ RUHLANMA - FOTOLAR
  • "Cullinan" hekayələri: TARİXİ RUHLANMA - FOTOLAR

Gundelik-Baku.Org