Sabah hava yağmursuz keçəcək

Sabah hava yağmursuz keçəcək
Dekabrın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq.
Gundelik-Baku.Org