"Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır" - Prezident

"Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır" - Prezident
Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsinin artırılması məsələsi gündəlikdədir.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib.
“Biz xahiş etdik ki, bizə konkret investisiya layihələri təqdim edilsin. Biz bu layihələrə baxaq, onları incələyək və qısa müddət ərzində öz cavabımızı verək. Biz ölkənizə sərmayə qoymaqda maraqlıyıq”, - deyə dövlətimizin başçısı bildirib.
Gundelik-Baku.Org