İcmal büdcənin profisiti 8 mlrd. manatı ötdü

İcmal büdcənin profisiti 8 mlrd. manatı ötdü
Bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 milyard 557,7 milyon manat, xərcləri isə 7 milyard 487,9 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 95,4 % və 18,7 % çoxdur.
Son nəticədə icmal büdcədə 8 069,8 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 4,9 dəfə çoxdur.
Gundelik-Baku.Org