Anna Yusupova Dubay marafonunda Azərbaycan rekordu qırıb

Anna Yusupova Dubay marafonunda Azərbaycan rekordu qırıb
Azərbaycan idmançıları yeni ilə rekordla başlayıblar.

Apasport.az xəbər verir ki, bu sevindirici xəbər Anna Yusupovadan gəlib.

Atletimiz Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda bu uğura imza atıb.

Yusupova məsafəni 2 saat 42 dəqiqə 32 saniyəyə qət edərək yarışı 12-ci pillədə başa vursa da, bu qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekordu olub.
Gundelik-Baku.Org