“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi transfer etməyəcək

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi transfer etməyəcək
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Portuqaliya klubu “Braqa” qış fasiləsində transfer etməyəcək.
Bunu baş məşqçi Artur Jorje klubun rəsmi saytına açıqlamasında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, hazırkı heyət onu qane edir: “Yaxşı mövsüm keçiririk. Amma daha yaxşısını edə bilərik. Heç bir mövqeni gücləndirmək fikrində deyiləm. Sahib olduğum oyunçulardan çox razıyam”.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu 2024-cü il fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.
Gundelik-Baku.Org