“İnter Mayami”nin sahibi Messini ən təvazökar superulduz adlandırıb

“İnter Mayami”nin sahibi Messini ən təvazökar superulduz adlandırıb
“Mançester Yunayted” və “Real” klublarının sabiq yarımmüdafiəçisi, ABŞ təmsilçisi “İnter Mayami”nin sahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messini ən təvazökar superulduz adlandırıb.

İngiltərə yığmasının əfsanəvi futbolçusu bu haqda “The Times” nəşrinə bildirib.

“Komandaya və kluba sadiq olduğumu göstərmək üçün bazaya Leodan əvvəl gəlmək istəyirdim. Onun necə gəldiyini, özünü necə peşəkar apardığını, bütün gənc futbolçulara nümunə olduğunu görmək istəyirdim. O, superulduzdur, amma ən təvazökar superulduzdur. Mən, sadəcə, onun məşqini izləməyi sevirəm. Onu canlı görən hər kəs fərqli, xüsusi olduğunu bilir. İnsanlar ona uyğunlaşmaq üçün vaxt lazım ola biləcəyini deyirdilər. Amma bunun üçün ona bir neçə saniyə lazım oldu. Leo insanlara heç vaxt unutmayacaqları anlar yaşadır. Amerikalı tamaşaçıların sevdiyi də budur - əylənmək”, - deyə Bekhem söyləyib.

Qeyd edək ki, 36 yaşlı Messi 2023-cü ilin iyulundan "İnter Mayami"də çıxış edir. ABŞ klubunda 14 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə verib. O, karyerası ərzində "Barselona" və PSJ klublarında da çıxış edib.
Gundelik-Baku.Org