“Qarabağ” Xankəndidə bu tarixdə oynayacaq!

“Qarabağ” Xankəndidə bu tarixdə oynayacaq!
Xankəndi şəhərində yerləşən stadionda ilk oyun dekabrın 21-də baş tuta bilər. Bununla bağlı hazırlıq işləri aparılır.
Hələ ki, hansı oyunun burada keçiriləcəyi tam dəqiq deyil. Amma böyük ehtimalla bu matç Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” – MOİK – Ağdaş/Cəbrayıl cütünün qalibi arasında keçiriləcək oyun olacaq.
Qarşılaşma ilə bağlı qərar yaxın günlərdə veriləcək və ictimaiyyətə rəsmi şəkildə açıqlanacaq.
“Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl “Qafqazinfo”ya açıqlamasında onlara bu barədə məlumat gəlmədiyini bildirib: “Bizə hələ ki, rəsmi şəkildə heç bir təklif gəlməyib. Gəlsə, hər zaman orada oynamağa hazırıq”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev də rəsmi şəkildə heç bir dəqiqləşmə olmadığını, olarsa, ictimaiyyətə məlumat veriləcəyini deyib.  
Hazırda Xankəndi şəhər stadionunda təmir işləri aparılır. Stadionun “qondarma rejim”in bayrağı ilə örtülü tribunaları sökülüb yeniləri ilə əvəzlənir. Arenanın ot örtüyünün də dəyişdiriləcəyi və paltardəyişmə otaqlarının da yenilənəcəyi bildirilib.






Gundelik-Baku.Org