Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək

Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək
Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.
Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, seçmə mərhələsinin oyunları 13-15 yanvarda Bakı İdman Sarayında baş tutacaq.
Turnirdə Azərbaycan millisi ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta kollektivləri da mübarizə aparacaqlar.
Yığma ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək.
Gundelik-Baku.Org