Göygöldə mənzildə meyit tapıldı

Göygöldə mənzildə meyit tapıldı
Göygöldə mənzildə meyit tapılıb.
Bu barədə Fövqəladə Hallar Nnazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Göygöl şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
Gundelik-Baku.Org