28 yaşlı qadın siçan dərmanı içdi, vəziyyəti ağırdır

28 yaşlı qadın siçan dərmanı içdi, vəziyyəti ağırdır
Lənkəranda intihara cəhd olub.
Hadisə rayonun Gəgiran kəndində baş verib. 1995-ci il təvəllüdlü Tünzalə Şəmsi qızı Şıxcanova siçan dərmanı içərək intihara cəhd edib.
T.Şıxcanova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ailəli olan 28 yaşlı qadının hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.
Gundelik-Baku.Org