Ağsuda çoban qoyunları oğurlayıb satdı

Ağsuda çoban qoyunları oğurlayıb satdı
Ağsuda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  Ağsu rayonunun Yenilik kəndində xırdabuynuzlu heyvanların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Qahir Eyvazov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki,çoban işləyən Q.Eyvazov nobatda olarkən kənd sakinlərinə məxsus heyvanları oğurlayaraq ayrı-ayrı şəxslərə satıb. Keçirilmiş tədbirlərlə satdığı şəxslər də müəyyən olunub və həmin xırdabuynuzlu heyvanlar sahiblərinə geri qaytarılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Ağsuda çoban qoyunları oğurlayıb satdı 
Gundelik-Baku.Org