Tərtərdə 53 yaşlı kişi minaya düşdü

Tərtərdə 53 yaşlı kişi minaya düşdü
Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Vəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.
Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.
Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.
Araşdırma aparılır.
Gundelik-Baku.Org