ABŞ İranı ölkədəki etirazçıları azad etməyə çağırdı

ABŞ İranı ölkədəki etirazçıları azad etməyə çağırdı
ABŞ İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb. 
TASS xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
“Biz İranda azadlıqlarının dinc şəkildə həyata keçirilməsi üçün həbsdə olan bütün insanların qeyd-şərtsiz azad edilməsinə çağırırıq”, - o, "Twitter"də yazıb.
Prays ABŞ-ın təşəbbüsü ilə İranın BMT-nin Qadının Statusu üzrə Komissiyasından çıxarılmasını xatırladıb. Onun sözlərinə görə, bu, “cəsur İran qadınlarına dəstək məqsədilə” edilib.
"Onların hüquqları uğrunda mübarizə davam edir", - ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib.
Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası (ECOSOC) İranın 2026-cı ilə qədər BMT-nin Qadının Statusu Komissiyasından çıxarılmasına səs verib.
Gundelik-Baku.Org