Efirdə türk dilindən tərcümə ilə bağlı qanuna dəyişiklik təklif ediləcək

Efirdə türk dilindən tərcümə ilə bağlı qanuna dəyişiklik təklif ediləcək
Gələn il “Media haqqında” qanuna bir neçə dəyişiklik təklif ediləcək.
Bunu Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, bunlardan biri tərcümə ilə bağlıdır:
“Praktikadan görürük ki, radio və televiziyalara türkiyəli ekspertlər qoşulur və onların canlı olaraq tərcüməsi mümkün olmur. Təklif edəcəyik ki, bununla bağlı qanuna dəyişiklik edilsin”.
Gundelik-Baku.Org