İranda 2 aktrisa tutuldu

İranda 2 aktrisa tutuldu
İranda ölkədəki etiraz hərəkatı ilə həmrəylik ifadə edən və hicablarını çıxaran 2 tanınmış aktrisanı həbs edib.
IRMNA xəbər verir ki, Həngamə Qaziani və Kətayun Riahi sosial şəbəkələrdəi təxribatçı paylaşımlarının araşdırılması üçün prokurorluğa çağırılıb. Bundan sonra onlar saxlanılıb.
Qaziani "Instagram"da hicabını çıxardığı video yayımlayıb. "Bəlkə bu mənim son yazım olacaq, - deyə o yazıb. - Bundan sonra başıma nə gəlirsə-gəlsin, bilin ki, həmişə olduğu kimi, son nəfəsimə qədər İran xalqının yanındayam”.
Videoda aktrisa arxaya dönərək saçını da at quyruğu şəklində yığıb.
Gundelik-Baku.Org