Ermənistanda mer ona sual verən vətəndaşın boğazını kəsdi

Ermənistanda mer ona sual verən vətəndaşın boğazını kəsdi
Ermənistanın Stepanavan bölgəsinin meri Armen Qriqoryan ona şəxsi sual verən vətəndaşın boğazını bıçaqla kəsib. 
Bu barədə vəkil Aleksandr Qoçubayev öz "Facebook" səhifəsində yazıb.
"Müvəkkilim merdən əmək qabiliyyətsizliyi haqqında arayış istəmək üçün bələdiyyə binasına daxil olub və sonuncunun mühafizəçiləri vətəndaşı döyüb, bundan sonra mer onun boğazını bıçaqla kəsməyə cəhd edib. Zərərçəkən polisə müraciət etsə də, istintaq yubanır və maddi sübut götürülmür. Bəlkə də problem mer adının müdafiə naziri Suren Papikyanla hallanmasındadır", - deyə vəkil qeyd edib. 
Gundelik-Baku.Org