İmran xanın tərəfdaşları ilə polis arasında 10 saatlıq toqquşma: Həbs edə bilmədilər - FOTO

İmran xanın tərəfdaşları ilə polis arasında 10 saatlıq toqquşma: Həbs edə bilmədilər - FOTO
Korrupsiyada ittiham olunan keçmiş baş nazir İmran Xan keçirilən məhkəmə prosesinə qatılmayıb. Pakistan polisi bu səbəbdən onu həbs etmək üçün evinə gəlib, lakin Xanın tərəfdarlarının etirazı ilə qarşılaşıb.
 
Oxu.az xəbər verir ki, bu barədə polis və rəsmi şəxslər məlumat veriblər.
Xan öz evindən “Twitter”də izləyicilərinə çağırış edib və həbs olunsa belə, mübarizəni davam etdirmələrini istəyib.
71 yaşlı müxalifət liderinin tərəfdarları polisə daş və kərpic atıblar, bu zaman polis gözyaşardıcı qazdan istifadə edib.
10 saatlıq toqquşmadan sonra polis keçmiş lideri həbs edə bilməyib. Xanın tərəfdarlarının sayı artdığı üçün polislər gecəyarısı ərazini tərk etməli olublar.
Toqquşmalarda 10-a yaxın polis əməkdaşının və təxminən 35 Xan tərəfdarının yaralandığı bildirilir.
Xatırladaq ki, Xan keçən apreldə parlamentdə etimadsızlıq səsverməsi ilə devrilib və cümə günü İslamabadda hakim qarşısına çıxması üçün göstəriş verilib. O, baş nazir olduğu müddətdə aldığı dövlət hədiyyələrini qanunsuz olaraq satması və aktivlərini gizlətməsi ilə bağlı iddialara cavab vermək üçün məhkəmə qarşısına çıxmalıdır.


Gundelik-Baku.Org