Ukrayna PUA-larla Rusiyanın Belqorod vilayətinə zərbələr endirib

Ukrayna PUA-larla Rusiyanın Belqorod vilayətinə zərbələr endirib
Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə zərbələr endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, PUA-lar havada zərərsizləşdirilib.

Nazirlik hücumu terror aktı kimi qiymətləndirib.

Qeyd edək ki, Ukrayna sonuncu dəfə yanvarın 8-də Belqoroda zərbələr endirmişdi.
Gundelik-Baku.Org