"Miss Türkiyə 1952" vəfat etdi - FOTO

"Miss Türkiyə 1952" vəfat etdi - FOTO
Türkiyənin ən nüfuzlu gözəllik yarışmalarından biri olan "Miss Turkey 1952" yarışmasının qalibi Gelengül Melek Erman dünyasını dəyişib.
Türkiyə mətbuatı xəbər verir ki, Erman Los-Ancelesdə dünyanın ilk "Kainat gözəli" yarışmasında Türkiyəni də təmsil edib. Dünyanın 30 ölkəsindən gözəllərlə yarışan Gelengül Melek Tayfuroğlu Amerikadan yer ala bilməyərək qayıdıb.
Rus anasının təkidi ilə müsabiqəyə qatılan və gözəlliyi ilə diqqət çəkən Gelengül İstanbula gələrkən filmin çəkilişləri üçün rejissor Hürrem Ermanla tanış olub.
Özündən 20 yaş böyük olduğu üçün Hürrem Ermanla evlənmək istəməyən Gelengül, anasının təkidi ilə 1954-cü ildə onunla ailə həyatı qurub.
Onun Fuat və Nail adlı iki övladı var.
2003-cü ildə həyat yoldaşı Hürrem Ermanın ölümündən sonra özünü övladlarına və ailəsinə həsr edən Gelengül Erman, 90 yaşında, 9-da Cihangirdəki evində vəfat edib.
Erman cənazə namazından sonra Aşiyan qəbiristanlığında dəfn edilib.












Gundelik-Baku.Org